Kənan AYDINOĞLU."Mənsiz ağlama"
İncə gözlərindən axmasın yaşın,
Nə qədər bəlalar görübdü başın,
Fikir eləməkdən çatılıb qaşın,
Sənə yalvarıram mənsiz ağlama...
Cisminə od vurub,sinə dağlama...
Qəbrimin yanında yovşanlıq bitsə,
İllərin üstündən neçə il keçsə,
Ölüm haqq yoludu tək məni seçsə,
Sənə yalvarıram mənsiz ağlama...
Bükülmüş lalədən qəbrimə qoyma!
Şuşanın yolunda xalq görünməsə,
Qələbə tamından xalq öyünməsə,
Hərdən topalaşıb qəlb döyünməsə,
Sənə yalvarıram mənsiz ağlama...
Mənimçün dünyada sən yas saxlama! Sərh yazmaq