Kənan AYDINOĞLU."Salam söyləyir"
Qələm yoldaşım, şair dostum Azər Mustafayeva.
Qazax mahalında durmadan axan,
Bulaqlar şairə-salam söyləyir.
Yaşıl düzlərində ceyranı qaçan,
Yaylaqlar şairə-salam söyləyir.
Çətinlik görmədən gəlib keçəndən,
Ovçular maralı dağda görəndən,
Sənin bu Qazaxa yolun düşəndən,
Oylaqlar şairə-salam söyləyir.
Şairlər yurduna dastanlar qoşan,
Neçə dağ təpəni mərd kimi aşan,
Şair ürəyi tək durmadan coşan,
Misralar şairə-salam söyləyir. Sərh yazmaq