Kənan AYDINOĞLU."Ağlamaq istəsən irəliyə gəl"
Torpağa tökülən həmin göz yaşı,
Bir də bu torpaqda cücərən deyil.
Tarlada səpilən qara buğdanı,
Kəndli bu torpaqda becərən deyil.
O tayı bu taydan ayırmaq üçün,
Bir can iki yerə bölündü nahaq..
Ağlamaq istəsən irəliyə gəl,
Sərhədin yanından birlikdə baxaq. Sərh yazmaq