Kənan AYDINOĞLU."Gülərdi üzümə bu həyat mənim"
Qəzetdə çıxanda bir-iki yazım,
gülərdi üzümə
bu həyat mənim.
Şərdən- Qərbə gedən uzun yol qədər,
baxardı gözümə bu həyat mənim.
Narahat olurdum düzü, o vaxtlar,
qınama bu dövrün tələbi idi.
Bu həyat yolunda, yol ayrıcında,
bəlkə olanların
səbədi idi…
Nə deyim, özümdən o vaxtlar axı,
onda şairliyim heç bilinməzdi.
Ömrümdə bilməyib, görmədiyim kəs,
dedi ki: şeirin elləri gəzdi.
Vicdanı tər-təmiz, qəlbi safdırsa,
yoxlayıb sınamaq olmaz, a gülüm.
Nə deyim bəlkə də doğru söyləyir,
onu da qınamaq olmaz, a gülüm.
31 dekabr, 2008. Lökbatan qəsəbəsi. Sərh yazmaq