Kənan AYDINOĞLU."Əlliyə çatacaq yaşın, ay Ana!"
Anam Aida Rəhimivanın anadan olmasının 50 illik yubileyi münasibətilə
Süfrədən dağılmaz ruzusu heç vaxt,
Dadlı bişirdiyin aşın, ay Ana!
Tarixə çevrilib, yaddaşa hopan,
Bilibsən qədrini daşın, ay Ana!
Allaha ibadət Haqqın yoludu,
Möminlər Allahın sadiq quludu,
Sanma ki, bu ömür qəmlə doludu,
Sən ölüm fikrindən daşın, ay Ana!
Aşiqin gözündən daha gözəldi,
Şairin sözündən daha gözəldi,
Cənnətin özündən daha gözəldi,
Yanaqdan süzülən yaşın, ay Ana!
Görmüsən Sən neçə yası və toyu,
Uludu yenə də Türkümün soyu.
Şahidi olubsan həyatın boyu,
Qarlı günlərini qışın, ay Ana!
Çəkibsən nazını doğmanın, yadın,
Yenə şərəflidi dünyada adın,
Sən məni dünyaya gətirən qadın,
Əlliyə çatacaq yaşın, ay Ana!
Bakı şəhəri. 7 yanvar 2018-ci il. Sərh yazmaq