Kənan AYDINOĞLU."Çörək"

Yazdı ATILLA, 1-01-2018, 08:00, в Edebiyyat

Kənan AYDINOĞLU."Çörək"


Şirəndən dadmasa, məhv olar insan,
İşi pis gətirər bu zalım dövran,
İstər payız olsun, istər zimistan*,
Bu elin, obanın sərvəti çörək!
Süfrənin ən əziz neməti çörək!

Tarlaya buğdalar səpilən kimi,
Torpaqda becərib,yığılan kimi,
Yurdumun içində satılan kimi,
Sən oldun bu yurdun şöhrəti çörək!
Süfrənin ən əziz neməti çörək!

Sən verdin insana qolu,qüdrəti,
Saxladın arada olan hörməti,
Bəxş etdin sən Xanı, sən Əbülfəti,
Yaşayan insanın mürvəti çörək!
Süfrənin ən əziz neməti çörək!

Allahın hökmünə sən şükür eylə!
-Niyə belə oldu sən demə böylə!
Ay Kənan, Allaha dilinlə söylə:
İnsanın dizinin taqəti çörək!
Süfrənin ən əziz neməti çörək!

Sərh yazmaq