Kənan AYDINOĞLU."Oldum"
Svetlana Rəhimovanın (Əsədova)
əziz xatirəsinə.
Sən varıb dünyadan gedəndən bəri,
Tanrının nə yazıq bəndəsi oldum!
Bükəndə boynumu mən yazıq-yazıq,
Dərdlərə ən azı dözəsi oldum.
Çəkilmək bilmədi nə çən, nə duman,
Yandırdı bu həsrət məni də yaman.
Düzü, qalmayandan bu ömrə güman,
Ağrının içində gəzəsi oldum.
Əzablı günləri salmazdım yada,
Mən ki danışmadım dərdi dünyada.
Gələndən ruhuma, canıma qada,
Kədərli şairin təzəsi oldum.
Xəmirin ən kiçik kündəsi oldum! Sərh yazmaq