Kənan AYDINOĞLU."Nə gördüm...?"
Dayım Məzahirə.
Dağlar da boynunu bükübdü sənsiz
Həyatda nə gördüm nisgildən başqa?
Tülək tərlanlar da uçmaq istəmir,
Həyatda nə gördüm nisgildən başqa?
Sənsiz qırılıbdı qolum-qanadım,
Yadımdan çıxıbdı inan ki, adım,
Könlümü göynətdi ahım-fəryadım,
Həyatda nə gördüm nisgildən başqa?
Qanadı qırılmış quş kimiyəm mən,
Quruyub yaddaşım huş kimiyəm mən,
Qübar içində naxoş kimiyəm mən,
Həyatda nə gördüm nisgildən başqa? Sərh yazmaq