Kənan AYDINOĞLU."... İzimdən mənim"
Düzünü de, söylə görüm, nə olub
Yoxsa iniciyibsən sözümdən mənim?!
Bəlkə də nə qədər fikir edibsən,
Ülfət axtarıbsan gözümdən mənim
Mən sənin adını “gözəlim” qoydum,
O gündən sinəmi eşqinlə oydum.
Erkənmi sevginin dadını duydum,
Öyrənə bilibsən özümdən mənim?!
Oxu, gəl, qəlbimin həzin nəğməsin,
Kənanın gözündə qoyma həvəsin.
Mən ola bilmərəm bir özgə kəsin,
Kənara çıxma gəl, izimdən mənim. Sərh yazmaq