Kənan AYDINOĞLU.”Ələsgərimin”

Yazdı ATILLA, 29-11-2017, 09:00, в Edebiyyat

Kənan AYDINOĞLU.”Ələsgərimin”


Göyçə mahalında məclis aparan,
Var olsun dilləri Ələsgərimin!
Saz tutub ahəstə şeirlər qoşan,
Yaratsın əlləri Ələsgərimin!

Dağların başını çən bürüyəndə,
Ceyranı,cüyürü hey üşüyəndə,
Şeiri vərəqə o döşüyəndə,
Ağardı telləri Ələsgərimin!

Quzğunlar Göyçəyə gəlib girəndən,
Tarixi bu millət gedib görəndən,
Bu torpaq ikiyə tam bölünəndən,
Saraldı gülləri Ələsgərimin!

Sərh yazmaq