Kənan AYDINOĞLU."Müdrik olmağına onca il qalıb"
Əziz qardaşım Pərvinin anadan olmasının "30" illik yubileyi münasibətilə!
Ömür fəlsəfədir, yaşanan hər gün,
Nəyisə insanın salır yadına.
Baş əymək əlimdən gəlir Səni bu
Dünyaya gətirən gözəl qadına.
Sən demə, bu ömür bənzəyir bəzən,
Sehirli nağılda gerçək röyaya.
Payızda ağaclar budaqlarından,
Yarpağın tökəndə gəldin dünyaya.
Səmimi gülüşün və zarafatın,-
Dostların yadından çıxası deyil.
Vaxtilə dediyin doğru kəlmələr,-
Min evi, eşiyi yıxası deyil.
Sizin aranızda ən kiçik mənəm,
Xoş sözlər söyləmək düşəcək mənə.
Yenə CANSAĞLIĞI arzulayıram,-
Bu gözəl dünyada ilk öncə Sənə.
Şükürlər olsun ki, Tanrı yenə də,
Səni unutmayıb, yadına salıb.
Çətinlik görsən də, üzülmə heç vaxt,-
Müdrik olmağına onca il qalıb.
Dərin hörmət və ehtiramla,
Kənan AYDINOĞLU
Gündəlik Analitik İnformasiya Agentliyinin
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Bakı şəhəri.23 noyabr 2017-ci il. Sərh yazmaq