Kənan AYDINOĞLU."Baxanda da inanmadın"
Baxanda da inanmadın,
axan göz yaşa, anacan.
Indi də qalıb ümidim,
Salamat başa, anacan.
Dəqiqələr itirmişəm
Xoş günləri ötürmüşəm.
Hələ görüb-götürmüşəm,
Çatıb bu yaşa, anacan.
Qoy itməsin heysiyyətin,
Olmasın hədər zəhmətin.
Budur ki, mənim niyyətim:
Ta ki, sən yaşa, anacan. Sərh yazmaq