Kənan AYDINOĞLU."Üz döndərib, gedər ömür"

Yazdı ATILLA, 12-11-2017, 08:00, в Edebiyyat

Kənan AYDINOĞLU."Üz döndərib, gedər ömür"


Ufuldayıb, hey inləsəm,
Böhtanları da dinləsəm.
Tamahıma bi qul olub,
Yalan, filan da söyləsəm.
Üz döndərib, gedər ömür.

Alnım açıq, gülə-gülə,
Səsim çatmaz aya, günə.
Hər gecə diz üstə durub,
Şükür etməsəm bu günə.
Üz döndərib, gedər ömür.

Hər işi boynuna yıxsam,
Sıxıntıdan tər axıtsam,
Çətinliyi olan ömrün,
Yollarına əyri baxsam.
Üz döndərib, gedər ömür..

Sərh yazmaq