Kənan AYDINOĞLU.”Gedim, getməyim?”

Yazdı ATILLA, 15-09-2017, 10:00, в Edebiyyat

Kənan AYDINOĞLU.”Gedim, getməyim?”


Dayağım,pənahım desin Allahım
-Kəlbəcər yoluna gedim,getməyim?
Gözümə un kimi kədər ələyən,
Sağına-soluna gedim,getməyim?

Murovdağ,Qoşqar da olub narahat,
Yaxşı görünməyir heç də bu həyat,
Allah ömrümüzə versin amanat,
Çəpərli yoluna gedim,getməyim?

Kənanam,dərdimə dərman olmayan,
Ömrün özünə də güman qalmayan,
Sızlayıb firqətdən yaman ağlayan,
Yaralı qoluna gedim,getməyim?

2008-ci il.

Sərh yazmaq