Kənan AYDINOĞLU.”Nəriman Həsənzadəyə”

Yazdı ATILLA, 15-09-2017, 09:00, в Edebiyyat

Kənan AYDINOĞLU.”Nəriman Həsənzadəyə”


“Yenə gözlərindən həsrət tökülür,
bu səhər sübh çağı işıq yerinə”.
Müəllif

Yenə də yol çəkir gözlərin, şair,
Duyub yaşadıqca ömrün gününü.
Bəzən də bir insan tapa bilməyir,
Sevib-sevilməyin əsl yönünü.

Amma bu işdə də təcrübən çoxdu,
Çünki sən bir ömrü girov qoymusan.
Qadınsız bir ömrün hər bir anını,
Qadınsız yaşayıb birgə duymusan.

Dərd-səri saydıqca sətirbəsətir,
Mətləbdə gəlmədin de, hara qədər?!
Bəlkə də sevmirdi Fərhad Şirini,
Həsrətin çəkdiyin bir Sara qədər.

Sərh yazmaq