Kənan AYDINOĞLU."Sənəd imzalandı Türkmən kəndində"

Yazdı ATILLA, 8-09-2017, 10:00, в Edebiyyat

Kənan AYDINOĞLU."Sənəd imzalandı Türkmən kəndində"


“Pozulsun Türkmənçay müqaviləsi,
Nə hücum, nə qırğın, nə bir dərd olsun”.
Nəriman Həsənzadə

Sənəd imzalandı Türkmən kəndində,
İkiyə bölündü bu ana torpaq.
Düzü, gözləməzdim rus öz əliylə,
Xalqın tarixinə kədər yazacaq.

Şimalla cənubu ayrı saldılar,
O tayda, bu tayda axdı göz yaşı.
Araz da çağladı tarixlə birgə,
Yasa qarışanda millətin başı.

Təbriz qardaşından ayrı düşəndən.
Bakının gözləri yenə yol çəkir,
İnana bilməsən həmin sənədə,
Gəl, gör ki, millətin başı nə çəkir.

Sərh yazmaq