Kənan AYDINOĞLU.”Bəlkə səni axtardım”

Yazdı ATILLA, 25-08-2017, 10:00, в Edebiyyat

Kənan AYDINOĞLU.”Bəlkə səni axtardım”


Bəlkə səni axtardım,
Qızların sırasında.
Deyəsən, qocalıram,
Bu ömrün yarısında.

Gözüm qalmayıb fikrin,
Ağında, qarasında.
Gör ki, itib-qalmışam,
Dünyanın harasında?!

Bir insan qanı gördüm,
Mən ömrün yarasında.
Qayğıya bürünmüşəm,
Şeirin arasında

Sərh yazmaq