Kənan AYDINOĞLU."Yenə ömür uzunu TANRI özü yar olsun!"

Yazdı ATILLA, 18-08-2017, 10:00, в Edebiyyat

Kənan AYDINOĞLU."Yenə ömür uzunu TANRI özü yar olsun!"


Tələbə yoldaşım, gözəl insan, yüksək insani keyfiyyətlərə malik olan İbrahimova Mətanətin körpə balası,
TÜRKÜN QIZI MƏSİZADƏ FƏRİDƏYƏ ulu sayqılarla!

Məndən şeir istədin, istəməyə haqqın var,
Yenə ömür uzunu TANRI sənə yar olsun!
Gözəl körpə balanın gözlərinə ələnən,
Bir nur damlası kimi dümağ, dümağ qar olsun!

Sevincdən gözün yaşı yanağından süzülsün,
Gözəlliyi torpağın bax, canına düzülsün.
Gözəlliyi önündə təbiətim büzülsün,
Gözəl TÜRKÜN OĞLUNA GÖZƏLLİKDƏ YAR OLSUN!

Axı TÜRKÜN QIZINA torpaqda ehtiram var,
Gözəlliyin rəmzinə yanaqda ehtiram var.
ALLAH deyən kəlməyə dodaqda ehtiram var,
Gözəlliyin nişanı körpə bala var olsun!

Demədim ömrü boyu inildəsin saz kimi,
Gözəlliyi gözəldi işvə kimi, naz kimi.
Gözəlliyin nişanı gözəl fəsil yaz kimi,
Dodaqlardan süzülən nəğmə kimi tar olsun!

Yaşanan gözəl ömür yenə keçməsin hədər,
Sevinci sevinc olsun axan göz yaşı qədər!
Dağılanda gözündən həsrət, ayrılıq, kədər,
Yenə ömür uzunu TANRI özü yar olsun!

Sərh yazmaq