Debüt: Kənan AYDINOĞLU (Bakı şəhəri)

Yazdı ATILLA, 25-10-2014, 10:28, в Bioqrafiya

Debüt: Kənan AYDINOĞLU (Bakı şəhəri)

Murquzov Kənan Aydın oğlu — şair-junalist,"Hüseyn Arif" Ədəbi Birliyinin üzvü (2012), Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbəri (2012), Tokat Şairler ve Yazarlar Derneğinin Fəxri üzvü (2013), "Kümbet" eğitim, kültür, sanat ve edebiyat dergisinin Azerbaycan temsilcisi (2013), Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri (2013), Murquzov Kənan Aydın oğlu 1989-cu il oktyabrın 25-də Bakı şəhərində ziyalı ailəsində anadan olub.1996-cı ildə Qaradağ rayonu Müşfiqabad qəsəbəsindəki 274 saylı orta məktəbin birinci sinfinə daxil olub.Üç ildən sonra həmin məktəbin üçüncü sinfini bitirmişdir.1999-cu il yaşayış yerini dəyişdirdikləri üçün orta təhsilini Lökbatan qəsəbəsindəki 166 saylı orta məktəbdə davam etdirib.2007-ci ildə həmin məktəbi bitirmişdir.2008-2012-ci illərdə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb. Şeirləri və məqalələri “Azərbaycan bələdiyyəsi”, ”Azad Press”, ”Cəmiyyət”,”Yeni Bəşər”,”Möhtəşəm Azərbaycan”, “Sumqayıt Universiteti”, “Yeganə yol”, “Sözün Sehri",“Yeni Azərbaycan”,“Respublika gəncləri”, "Elimiz, günümüz", “Yenilik Press", "Vışka", “Elin sözü”,“İlham çeşməsi”,”Vedibasar”,"Olaylar", "Ədalət", "Kaspi", "Təzadlar", "Yeni Axtarış", "İrəvan Press", "Azad Qələm", “Azad Azərbaycan”, qəzetlərində, "Ziyalı Ocağı", "Ulduz", "Kümbet" (TOSAYAD-ın rüblük mətbu orqanı) müxtəlif ədəbiyyat, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında çap olunub.2006-cı ildən respublika mətbuatında Kənan AYDINOĞLU imzası ilə şeirləri və məqalələri ilə çıxış edir.Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub.Tokat Şairler ve Yazarlar Derneğinin Fəxri üzvü seçilmişdir. Sumqayıt Dövlət Universitetinin elmi məqalələr toplusunda Müasir Azərbaycan dili və Ədəbiyyatı sahəsində məqalələri dərc olunub.
2007-ci ildə “Adiloğlu” nəşriyyatı tərəfindən “Ömürdən bir səhifə” adlı ilk şeirlər kitabı işıq üzü görüb.2010-cu ildə “MK” nəşriyyatı tərəfindən”Ömrün yarı yolunda” adlı ikinci şeirlər kitabı çap olunmuşdur.”Hüseyn Arif” Ədəbi Birliyinin üzvüdür.
2012-ci il oktyabr ayının 6-da Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya, Yaradıcı, Nümayəndə Heyətlərinin üzvü və Portal Rəhbəri seçilmişdir. Azərbaycan Respublikasının Xalq şairi, Əməkdar İncəsənət Xadimi Nəriman Həsənzadə gənc yazar Kənan Aydınoğlunun ədəbi-bədii yaradıcılığını yüksək qiymətləndirib.
2012-ci ildə Azərbaycan Respublikası Gənclər-İdman Nazirliyi tərəfindən maliyyələşdirilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən “Bölgələrdə yaşayan yaradıcı gənclərlə görüşlər” layihəsi çərçivəsində Salyan və Cəlilabad səfərlərinin iştirakçısıdır.Gənc yazar olaraq Türkiyəyə dəfələrlə dəvət alıb. “Türkçülük dəftəri” silsiləsindən olan şeirləri və “Türkün türkçülük dastanı” poeması dərc olunmaq üçün qardaş Türkiyəyə göndərilib.Yıldırım Beyazit Universitetinin dosenti dr.Salih Yılmazın təklifi ilə şeirləri Türkiyənin müxtəlif dərgilərində, o cümlədən portallarda dərc olunaraq həm azərbaycanlı, həm də türkiyəli oxuculara çatdırılıb.
2013-cü ildə Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən “Dövlət gənclər siyasətinin həyata keçirilməsində göstərdiyi xidmətlərə görə” diplom ilə təltif olunmuş və mükafatlandırılmışdır.Qaradağ rayonu Gənclər və İdman İdarəsinin elektron orqanının “Aktiv gənclər” bölməsinə tərcümyi-halı, şeirləri, məqalələri, poeması yerləşdirilmişdir.
2013-cü ilin avqust ayından-noyabr ayına qədər Azərbaycan Respublikası Kütləvi İnformasiya Vasitələrinin “Yeni Axtarış” həftəlik ictimai-siyasi qəzetin “Mədəniyyət və Ədəbiyyat” bölməsinin əməkdaşı kimi çalışıb. 2013-cü il sentyabr ayının 1-dən Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəridir.
2013-cü ilin dekabr ayının 28-də Qaradağ rayonu İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılovun 132 nömrəli sərəncamına əsasən, Qaradağ rayonunda Dölvət gənclər siyasətinin fəal iştirakına və ədəbiyyatımızın inkişafında qazandığı xidmətlərə görə "Fəxri fərman"la təltif olunmuş və mükafatlandırılmışdır.
2014-cü ilin may ayının 14-də Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı "Kümbet" eğitim, kültür, sanat ve edebiyyat dergisinin 32-ci buraxılışında Türk-İslam dünyasının qurulmasında, Osmanlı İmperiyasının ərazi bütövlüyünün qorunub saxlanmasında öz İGİDlik borclarını layiqincə yerinə yetirən Nuru Paşa, Osman Qazi, Ərtoğrul bəyin cəsarətinə, şanlı-şərəfli Türk bayrağına, Türk dilinə, İslam dininə, “Qurani-Kərim”ə olan sonsuz məhəbbtindən yoğrularaq ərsəyə gəlməsindən bəhs edən “Türkün Türkçülük dastanı” poeması Azərbaycan türkcəsində Türkiyə türkcəsinə tərcümə olunmaqla, dərc olunub.
2014-cü ilin avqust ayının 4-də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Qaradağ rayon İcra Hakimiyyətinin, Qaradağ rayon Gənclər və İdman İdarəsinin, Heydər Əliyev Mərkəzinin, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə gerçəkləşən “Qaradağ Rayon Gənclərinin Liderlik Bacarıqlarının və Könüllülük İnkişaf Etdirilməsi” layihəsində iştirakına görə Sertifikata layiq görülüb.
2014-cü ilin sentyabr ayının 16-da Adana şəhərində fəaliyyət göstərən "Son nokta" qəzetində Türk dünyasının ictimai-siyasi xadimi, Çağdaş Türkiyə Cümhuriyyətinin yaradıcısı və qurucusu Mustafa Kamal Atatürkdən bəhs edən şeiri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunmaqla dərc olunub.

Poemaları

1.”Allahdan savayı sığınacaq yox” ( Azərbaycan və Türk dilində)
2.”Türkün türkçülük dastanı” ( Azərbaycan və Türk dilində)

Məqalələri

1.Nəriman Həsənzadə bayatılarında Qarabağ mövzusu
2.Zəlimxan Yaqub yaradıclığında Türk-İslam əxlaqı
3.Bütün aləmlərə bütöv bir nursan ( “Qurani-Kərim” haqqında)
4.Yunus Əmrə yaradıcılığında Allah və Quran inamı
5.Mövlana Cəlaləddin Rumi yaradıcılığında İnsan və din anlayışı
6.Tələbəlik haqqında düşüncələrim
7.Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı haqqında bilgilər

Tezisləri

1.Nəriman Həsənzadə yaradıcılığında antonim sözlər
2.Zəlimxan Yaqub yaradıclığında yaradıclığında sinonim sözlər

Ön sözləri

1.Günel İsrailqızının şeirlər kitabına ön söz
2.Aysel Cəfərovanın şeirllər kitabına ön söz
3.Elçin Əlizadənin şeirlər kitabına ön söz
4.Əziz Muğaninin şeirlər kitabına ön söz
5.Kənan Aydınoğlunun şeirlər kitabına ön söz
6.Kənan Aydınoğlunun şeirlər kitabına ön söz
7.Samirə Nurun şeirlər kitabına ön söz

Publisistik qeydləri

1.İlham Mikayıl haqqında düçüncələr
2.Orxan Zaman haqqında düşüncələr
3.Günel İsrailqızı haqqında düşüncələr
4.Xəyalə Alıyeva haqqında düşüncələr
5.Aysel Cəfərova haqqında düşüncələr
6.Elçin Əlizadə haqqında düşüncələr
7.Samirə Nur haqqında düşüncələr

Toplayıb, tərtib edib, nəşrə hazırladıqları

1.Sumqayıt Dövlət Universiteti.-50.”Pöhrə” Ədəbi Birliyi qonağımızdır.”Sözün Sehri” qəzeti,3 yanvar-3 fevral, 2012.
2.Sumqayıt Dövlət Universiteti-50.”Gənc Yazarlar” Ədəbi Birliyinin üzvlərindən bir neçəsi qonağımızdır.”Sözün Sehri” qəzeti, 3 sentyabr-3oktyabr, 2012.

Xarici mətbuat səhifələrində dərc olunan əsərləri
1.”Türkçülük dəftəri” silsiləsindən olan şeirləri

Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunan əsəri

1.”Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib”.Şeirlər kitabı.
Tərcümə: Kamran AYDINOĞLU.

Müəlliflə əlaqə:

http: // facebook.com/ Murquzov Kənan
http:// twitter.com/ Kənan AYDINOĞLU
http:// instagram.com/ hokmdar.atilla
http:// mail.ru/ edebiyyat-az.com@.ru
http:// gmail.com/ azerbaycanedebiyyati@gmail.com
Vebsayt: http://edebiyyat-az.com
E-mail: office@edebiyyat-az.com
Tel: ( 051) 785 44 33; ( 055) 260 98 89

== Azərbaycan ədəbi elektron məkanı ==

*[http://edebiyyat-az.com/ Kənan AYDINOĞLU]
*[http://gundelik.info/ Kənan AYDINOĞLU]
*[http://qaradag-gii.com/ Kənan Aydıoğlu]
*[http://bizimyazi.com/ Kənan AYDINOĞLU]
*[http://azyb.net/ Kənan AYDINOĞLU]
*[http://ayb.az/ Kənan Aydıoğlu]
*[http://carci.az/ Kənan AYDINOĞLU]
*[http://shahbulaq.az/ Kənan AYDINOĞLU]
*[http://vehdet.org Kənan AYDINOĞLU]
*[http://eqoist.net/ Kənan AYDINOĞLU]
*[http:/dokkuziklimt.net/ Kənan AYDINOĞLU]
*[http://olaylar.az/ Kənan AYDINOĞLU]
*[http://adalet.az/ Kənan AYDINOĞLU]
*[http://kultur.az/ Kənan AYDINOĞLU]
*[http://turkbir.info/ Kənan AYDINOĞLU]
*[http:// qaynar.info/ Kənan AYDINOĞLU]
*[http:// moderator.az / Kənan AYDINOĞLU]
*[http://aktivistplyus.com / Kənan AYDINOĞLU]
*[http://bizimle.org/ Kənan AYDINOĞLU]
*[http://uluturk.info/ Kənan Murquzov]
*[http://tezadlar.az/ Kənan AYDINOĞLU]
*[http://reportyor.tv/ Kənan AYDINOĞLU]

== Türkiyə ədəbi elektron məkanı ==

* [http://tosayad.org/ Kənan AYDINOĞLU.Tokat Şairler ve Yazarlar Derneğinin elektron orqanı]
* [http://munevverduver.com.tr/ Münevver Düver Sanatevi Sitesi]
[http://adanasonnokta.com/ Kənan AYDINOĞLU

Sərh yazmaq
  1. 23 sentyabr 2019 00:46
    Sitat

    viagra no prescription paypal

  2. 28 sentyabr 2019 01:13
    Sitat

    <a href="http://canadianonlinepharmacymrx.com/">canadian pharmacy</a>
    http://canadianonlinepharmacymrx.com/
    pharmacy without dr prescriptions

  3. 28 sentyabr 2019 17:16
    Sitat
  4. 23 oktyabr 2019 04:21
    Sitat