Mətbuat xidmətinin rəhbəri Kamran MURQUZOV
Kamran MURQUZOV (Murquzov Kamran Aydın oğlu) 1989-cu il oktyabr ayının 25-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 2008-2013-cü illərdə Azərbaycan Dövlət İqitisad Universitetinin Mühasibat Uçotu və Audit fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb. 2013-cü ilin avqust ayının 28-də etibarən, Gündəlik Analitik İnformasiya Agentliyinin Baş redaktorudur. 2012- ci il fevral ayının 14-dən etibarən, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiridir. 2015-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
2015-ci ildə Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin fotomüxbiri kimi çalışıb.
27 avqust 2015-ci il tarixində TOŞAYAD (Tokat Şairler ve Yazarlar Derneği) Başkanı Remzi Zenginin müvafiq qərarına əsasən, TOŞAYAD yayın organı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilcisi seçilib.
8 avqust 2016-cı il tarixində Ebrar Vakfı Sahibi Nedim M.Tepebaşının müvafiq qərarına əsasən, Ebrar Vakfı yayın organı “Usare” iki aylık kültür, sanat ve edebiyat dərgisinin Azərbaycan təmsilcisi seçilib.
Şeirləri, məqalələri, hazırladığı xəbərlər, araşdırmalar "Möhtəşəm Azərbaycan", "Sözün sehriв", "Azad qələm", "Azad Azərbaycan", "Elimiz.Günümüz", "Respublika gəncləri", "Olaylar", "Təzadlar", "Kaspi", "Şərq" qəzetlərində, "kenanaydinoglu.com", "edebiyyat-az.com" ,"gundelik.info", "koseyazilarimiz.comв", "olaylar.az", "kultur.az", "artkaspi.az", "sherg.az", "carci.az", "edebiyyatqazeti.az", "mediaxeberleri.az", "azxeber.com", "oxu.az" və s. saytlarda yayınlanıb.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən "Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək", "Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək", "İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək" layihələri çərçivəsində şeirləri və məqalələri "Kümbet", "Usare", "Hece Taşları", "Kardelen", "Ədəbi Kültür", "Alkış", "Xudafərin", "Ədəbi Körpü" dərgilərində, "Önce Vatan" qəzetində dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılıb.