Mətbuat xidmətinin rəhbəri Kamran MURQUZOV
Kamran MURQUZOV (Murquzov Kamran Aydın oğlu) 1989-cu il oktyabr ayının 25-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 2008-2013-cü illərdə Azərbaycan Dövlət İqitisad Universitetinin Mühasibat Uçotu və Audit fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb. 2013-cü ilin avqust ayının 28-də etibarən, Gündəlik Analitik İnformasiya Agentliyinin Baş redaktorudur. 2012- ci il fevral ayının 14-dən etibarən, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiridir. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Şeirləri, məqalələri, hazırladığı xəbərlər, araşdırmalar “Möhtəşəm Azərbaycan”, “Sözün sehri”, “Azad qələm”, “Azad Azərbaycan”, “Olaylar”, “Təzadlar”, “Kaspi”, “Şərq” qəzetlərində, “kenanaydinoglu.com”,“edebiyyat-az.com”,“gundelik.info”, “koseyazilarimiz.com”, “olaylar.az”,“kultur.az”,“artkaspi.az”,“sherg.az”, “carci.az”, “edebiyyatqazeti.az”, “mediaxeberleri.az”, “azxeber.com”, “oxu.az” və s. saytlarda yayınlanıb.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsi çərçivəsində şeirləri “Kümbet”, “Usare”,”Hece Taşları”, “Kardelen” dərgilərində, “Önce Vatan” qəzetində dərc olunaraq, ictimaiyyət nümayəndəlırinin nəzərinə çatdırılıb. Sərh yazmaq