Kamran MURQUZOV.”Xalq şairi Nəriman Həsənzadənin yaradıcılığında antonim sözlər” (TEZİS)

Yazdı ATILLA, 18-02-2021, 02:00, в Publisistika

Kamran MURQUZOV.”Xalq şairi Nəriman Həsənzadənin yaradıcılığında antonim sözlər” (TEZİS)


Dilçiliyin əsas şöbələrindən biri də Leksikologiyadır. Leksikologiya şöbəsinin öyrəndiyi mövzulardan biri də Antonim sözlərdir. Antonim sözlər nəyə deyilir.

Mənaca birinin əksini bildirən sözlərə Antonim sözlər deyilir. Antonim sözlər cümlədə əks mənalı sözlər olaraq işlənir. Bədii əsərlərin və ya cümlənin təsir gücünü artırır və ona xüsusi gözəllik gətirir.

Bədii üslubun qrammatik göstəricilərindən biri olan Antonim sözlər zaman-zaman Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin, elm adamlarının əsərlərində işlənib və işlənməkdədir.

Bu mənada, Xalq şairi Nəriman Həsənzadənin yaradıcılıq nümunələri xüsusilə diqqəti cəlb edir.

Müxtəlif illərdə nəfis tərtibatla işıq üzü görən kitablarında Antonim sözlərə rast gəlinir:

Sənin yerin altında mən yerin üstdə,-
Biz ayrı düşmüşük kök-budaq kimi.

Və ya

Gözüm üstə saxladığım
Ayaq altda torpaq oldu.

Müasir Azərbaycan ədəbi dilinin lüğət tərkibinin zənginləşməsi yönümdən Antonim sözlərin aşağıdakı məna növləri var:

1. Əlamət, keyfiyyət, xüsusiyyət anlayışlarını bildirən antonimlər:
Məsələn, Gözümün ağı sən, qarası torpaq,
Gör harda bükdülər ağı qaraya?!
Nəriman HƏSƏNZADƏ.

2. Vaxt anlayışını bildirən antonimlər:
Məsələn, Mənsiz darıxıırdın evdə hər dəfə,
Dözümsüz olmuşdu gecə, gündüzün.
Nəriman HƏSƏNZADƏ.

3. Ölçü və miqdar anlayışını bildirən antonimlər:
Məsələn, Böyüklər də gördüm çox xırdaydılar,
İlhamda, sənətdə axırdaydılar.
Nəriman HƏSƏNZADƏ.

Ümumilikdə, antonim sözlər dilimizin lüğət tərkibinin zənginliyindən xəbər verən əsas fatorlardan biri kimi həmişə ümdə olan məsələlərdən biridir.

Dərin hörmət və ehtiramla,

Kamran MURQUZOV,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Bakı şəhəri. 28 noyabr 2017-ci il

Sərh yazmaq