Kamran MURQUZOV.”Vətən təəssübkeşi, istiqlal şairi Bəxtiyar VAHABZADƏ”

Yazdı ATILLA, 15-02-2021, 08:00, в Publisistika

Kamran MURQUZOV.”Vətən təəssübkeşi, istiqlal şairi Bəxtiyar VAHABZADƏ”


Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.


Azərbaycan ictimai fikir tarixində, heç şübhəsiz ki, lirik-fəlsəfi şeirlər müəllimi, sevimli Xalq şairimiz Bəxtiyar Vahabzadənin danılmaz xidmətləri var desək, heç də yanılmarıq!!!

Hələ sovet hakimiyyəti dönəmində dövrün tələblərinə, qadağalarına baxmayaraq, böyük cürətlə ədəbiyyatımızın, mədəniyyətimizin, incəsənətimizin-mənəvi dünyamızın müadfiəsinə qalxan, xalqın azadlıq düşüncələrinə qənim kəsilən SSRİ rəhbərliyinin üç üzünü, həqiqəti, gerçəkliyi öz məzmun və forma etibarilə zəngin olan əsərlərində oxucuların nəzərinə çatdırmaqla, Ustad şairimiz Bəxtiyar VAHABZADƏ, bir növ, qəflət yuxusunda olan millətini oyatmaq üçün dəridən-qabıqdan çıxmış, “Molla Nəsrəddin” ədəbi məktəbinin 25 illik gərgin fəaliyyətinə dəstək olmuş, sözügedən məktəbin görkəmli nümayəndələrinin söyköndiyi qədim tarixi ənənə əsasında bir-birindən daha maraqlı əsərlər yazmağa müəssər olmuşdur.

Bədii yaradıcılıq fəaliyyəti ən yeni dövr Azərbaycan ədəbiyyatının birinci və ikinci mərhələsinə düşən, xalqına, millətinə ömrü boyu sadiq olan şair Bəxtiyar VAHABZADƏnin əsərlərində həyat həqiqətlərinin, keçmişə qayıdışın-yaddaşa qayıdışın (xüsusilə də “Gülüstan” poemasında) tarixi vəzifə olmasının aşılanması da heç də təsadüfi deyildir.

Qanlı Yanvar hadisələri ilə bağlı qələmə aldığı “Şəhidlər” poemasının isə Azərbaycan həqiqətlərinin, xalqımızın, millətimizin başına gətirilən müsibətlərin olduğu kimi dünya ictimaiyyətinə çatdırılması baxınımdan özünəməxsus yeri var. Çünki sovet hakimiyyəti dönəmində belə cürətli addım atmaq isə hər kəsin işi deyilmiş. Yalnız və yalnız tarixi keçmişimizin canlı şahidi olan Xalq şairi, İSTİQLAL ŞAİRİ Bəxtiyar VAHABZADƏdən başqa…

Bakı şəhəri. 5 fevral 2021-ci il.

Sərh yazmaq