Gənc yazar Kənan Aydınoğlunun şeirləri "Atəş" antologiyasında çap olunub

Yazdı ATILLA, 25-05-2016, 09:00, в Xeberler



Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan
Jurnalistlər Birliyinin üzvü, gənc yazar Kənan Aydınoğlunun şeirləri "Atəş" antologiyasında çap olunub.
Qeyd edək ki, bundan öncə şair-jurnalist Kənan Aydınoğlunun Vətənpərvərlik ruhunda qələmə aldığı "Odlar Yurdu Azərbaycan" şeiri Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Vətən sevgisi Sərhəddən başlamır, Sərhədlə bitmir" layihəsi çərçivəsində işıq üzü görən "Bitməz Könlümüzün Vətən Sevgisi" antologiyasında çap olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılmışdı.

Mətbuat xidməti

Sərh yazmaq