Gənc yazar Kənan Aydınoğlunun məqaləsi “Olaylar” İnformasiya Agentliyinin saytında dərc olunub

Yazdı ATILLA, 27-01-2016, 14:00, в Xeberler

http://s003.radikal.ru/i204/1601/23/18f9bda2e40c.png



27 yanvar 2016-cı il tarixində Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-jurnalist, gənc yazar Kənan Aydınoğlunun Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" media mükafatı laureatı, şairə-jurnalist-publisist Rahilə xanım Dövranın yaradıcılıq fəaliyyəti ilə bağlı qələmə aldığı "Rahilə Dövranın zəngin yaradıcılıq fəaliyyəti" adlı məqaləsi "Olaylar" İnformasiya Agentliyinin saytında dərc olunub.
Qeyd edək ki, bundan öncə 2014-cü ilin sentyabr ayının 18-də Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Respublikasının Xalq şairi, Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdçüsü, Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqubun yaradıcılıq fəaliyyəti ilə bağlı "Zəlimxan Yaqub yaradıcılığında türk-islam əxlaqı" adlı məqaləsi "Olaylar" İnformasiya Agentliyinin saytında dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılmışdı.

Kamran MURQUZOV,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Sərh yazmaq