Kənan AYDINOĞLU.”Ələsgər yurdunda dinən nəğmələr”

Yazdı ATILLA, 9-08-2016, 09:00, в Edebiyyat

Kənan AYDINOĞLU.”Ələsgər yurdunda dinən nəğmələr”


Ələsgər yurdunda dinən nəğmələr,
Yenə gözəllərin dodağındadı.
Gözündəb süzülən ayırlıq özü,
Dumduru bir nəmli yanağındadı.

Baharı izləyib, yaznı çəkmək,
Qələmlə qaşını, sazını çəkmək,
İşvə gözəllərin nazını çəkmək,
Əzəldən bu yurdun ocağındadı.

Saz kimi göynəyib, ney tək inləmək,
Axan bulaqların səsin dinləmək,
Dost olan Allahı haqqa ünləmək,
Min şeir mülkünün qucağındadı.

Günəşin doğmağı, ayıb batmağı,
Aşiqin vüsala yenə çatmağı,
Şirədən kəlməyə bir bal qatmağı,
Sahilə uzanan budağındadı.

Yanaqdan süzülən göz yaşı olmaq,
Elatın cığırı, dağ, daşı olmaq,
Dərdlərin çatılan yüz qaşı olmaq,
ələsgər yurdunun torpağındadı.

Sərh yazmaq