Kənan AYDINOĞLU."Düşər"

Yazdı ATILLA, 8-11-2018, 09:00, Edebiyyat

Kənan AYDINOĞLU."Düşər"


Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.


Gözlərədn süzülən həsrətin yaşı,
Fərhada düşməsə, Şirinə düşər.
Sevincli, fərəhli günlərin biri,
Bax, gəlib axırda birinə düşər.

Alovlu misralar çində şerim,
Bəlkə bir quyuda dərinə düşər?!
“Cahargah” muğamı, “Şüştər” muğamı,
Nərdin kədərinə, zərinə düşər.

Yorğun bir çobanın sürüsü gündə,
Bir ağac altında sərinə düşər.
Məsəl var hər ildə eyni millətin,
Gəlib xeyirinə, şərinə düşər.

Kəlmə var üzlərin tökər suyunu,
Kəlmə var deyilib yerinə düşər.
İllərlə yaşanan həsrətin özü,
Qadına düşməsə, ərinə düşər. dle 10.3

Sərh yazmaq