Kənan AYDINOĞLU."Elə bil bu dünya körpə uşaqdı"

Yazdı ATILLA, 6-11-2018, 09:00, Edebiyyat

Kənan AYDINOĞLU."Elə bil bu dünya körpə uşaqdı"


Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.


Elə bil bu dünya körpə uşaqdı,
Onun da nazını çəkəsən gərək.
Becərən, cücərən buğdalar kimi,
Torpaqda, tarlada əkəsən gərək.
Sənin həsrətinə dağ vuran zaman,
Gözünün yaşını tökəsən gərək.
Bir bel bağladınsa ona qurduğun,
Uçurub sarayı sökəsən gərək.
Kaman tək mərdliyi bir yerə qoyub,
Səbəbsiz önündə çökəsən gərək. dle 10.3

Sərh yazmaq