Kənan AYDINOĞLU.”Şair qardaş, həncərisən, həncəri?!” (II şeir)

Yazdı ATILLA, 21-03-2021, 08:00, Edebiyyat

Kənan AYDINOĞLU.”Şair qardaş, həncərisən, həncəri?!” (II şeir)


Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.Əzizimiz gözəl şair Zaməddin Ziyadoğlunun “Həncərisən?” şeirinə nəzirə

Yaxınlara söylə görək bu anda,
Şair qardaş, həncərisən, həncəri?!
Xanlıqlardan sən Bakıya gələndə,
Şair qardaş, həncərisən, həncəri?!
Şair qardaş, həncərisən, həncəri?!

Avey dağdan xəbər göndər bu yana,
Razı olmam şər qüvvələr oyana.
Xocalıdan, Qubadlıdan bu yana,
Şair qardaş, həncərisən, həncəri?!
Şair qardaş, həncərisən, həncəri?!

Dağlar özü narahatdı səhərdən,
Güzarın düşəndə böyük şəhərdən,
Söylə, ayrılanda qəmdən, kədərdən,
Şair qardaş, həncərisən, həncəri?!

Şair qardaş, həncərisən, həncəri?!
Vaqif qoşmasında bələnən zaman,
Nur dağın başına ələnən zaman
Heyran bayrağında yellənən zaman,
Şair qardaş, həncərisən, həncəri?!

Şair qardaş, həncərisən, həncəri?!
Gəzib dolaşandan Ana torpağı,
Başının üstündə Vətən bayrağı
Yenə seyr etdikcə doğma Qazağı,
Şair qardaş, həncərisən, həncəri?!
Şair qardaş, həncərisən, həncəri?!

Bakı şəhəri. 14 fevral 2010-cu il. dle 10.3

Sərh yazmaq