Kənan AYDINOĞLU."Səni qoruyacaq mələklər, Bacım!"

Yazdı ATILLA, 3-07-2020, 08:00, Edebiyyat

Kənan AYDINOĞLU."Səni qoruyacaq mələklər, Bacım!"


Səni qoruyacaq mələklər, Bacım!

Bacım Amalya xanım Kərimovanın doğum günü münasibətilə!!!

Dünyaya gəlişin-doğulan günü,-
Bəşər nəslimizin davamı oldu.
Sevmək, sevilmək də həyatı boyu,
Adəm övladının məramı oldu.

Bəlkə də, sonuncu şerimdi mənimdi,
Bəlkə də, son dəfə şeir yazıram?!
Ən incə duyğunu, ən gözəl sözü,
Bu səfər deməyə Sənə hazıram.

Sənin ki ürəyin sevgiylə dolu,
Gələr görüşünə ürəklər, Bacım!
Qəbir evinəcən gözəl dünyada,
Səni qoruyacaq mələklər, Bacım!

Şərdən, böhtandan da hifz edən Səni,
Müqəddəs bir İslam-gözəl din olsun!
Qiyamət günündə, ALLAH önündə,
Savabın artdıqca birə min olsun!

Doğmalar içində gülsün gözlərin,
Həyatın xoş anı izləsin Səni…
Baxtın, taleyin də gözəlləşsin qoy,
Uğur addımbvaşı gözləsin Səni…

Cənnət qadınından Həzrtə Məryəmin,
Həyası, namusu, isməti Səndə.
Xoşbəxt yaşayasan Vaqiflə birgə,
Qəlbin kövrəkliyi, isməti Səndə.

Ömür yollarında büdrəməyəsən,
Baxtının ulduzu sayrışsın hər an.
Yaradan ALLAHdan Sənə hədiyyə,
Qadın səadəti, bir də möhkəm can.

Dərin hörmət və ehtiramla,

Kənan AYDINOĞLU,
Gündəlik Analitik İnformasiya Agentliyinin
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.
Bakı şəhəri. 1 iyul 2020-ci il.
dle 10.3

Sərh yazmaq