Kənan AYDINOĞLU."Ömrü boyu hisslərimin hakimi olmaq istədim"

Yazdı ATILLA, 1-08-2018, 09:00, Edebiyyat

Kənan AYDINOĞLU."Ömrü boyu hisslərimin hakimi olmaq istədim"


Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.


Ömrü boyu hisslərimin hakimi olmaq istədim,
Dərdi-səri unutmadım, bulud tək dolmaq istədim.

Yar yolunu gözlədikcə günüm, ayım ilə döndü.
Nərgiz kimi, lalə kimi həsrətdən solmaq istədim.

Sevgi sarayı da qurdum, amma nə fayda gəlmədi,
Bu qərib dünyada hər gün saçımı yolmaq istədim.

Mövlanamın aşiqiyəm, Böyük Türkün övladıyam,
Ustadım YUNUS ƏMRƏni arayıb, bulmaq istədim.

Nə aldadım, bəndəliyim yenə də ALLAHA quldu,
Bu dünyada dostlarımın könlünü almaq istədim.

17 oktyabr 2016-cı il. Bakı şəhəri dle 10.3

Sərh yazmaq