Kənan AYDINOĞLU."Ağlamaq istəsən irəliyə gəl"

Yazdı ATILLA, 3-02-2018, 09:00, в Edebiyyat

Kənan AYDINOĞLU."Ağlamaq istəsən irəliyə gəl"


Torpağa tökülən həmin göz yaşı,
Bir də bu torpaqda cücərən deyil.
Tarlada səpilən qara buğdanı,
Kəndli bu torpaqda becərən deyil.

O tayı bu taydan ayırmaq üçün,
Bir can iki yerə bölündü nahaq..
Ağlamaq istəsən irəliyə gəl,
Sərhədin yanından birlikdə baxaq.

Sərh yazmaq