Kənan AYDINOĞLU."Silinsin Türkmənçay müqaviləsi"

Yazdı ATILLA, 1-02-2018, 09:00, в Edebiyyat

Kənan AYDINOĞLU."Silinsin Türkmənçay müqaviləsi"


“Silinsin Türkmənçay müqaviləsi,
O tayda, bu tayda kədərlə birgə”.
Müəllif.

On fevral* həminki Türkmən kəndində,
Sənəd imzalanır xalq əleyhinə.
Ortada ikiyə bölünən vətən,-
Yenə də bölünür rusun xeyrinə.

Ruslar qarşılayır bunu fərəhlə,
Onun nə vecinə torpaq kimindi.
Şimalı cənubdan ayıran zaman,
Torpaq bizimdisə, günah kimindi?!

Ovuca sığmayan bu Ana torpaq,
Rusun nəzərində bu gün kiçilir.
Tökülən millətin bax o al qanı,
Qədəhə süzülüb, burda içilir.
Əsgərlər durubdu eyni sırada,
Onların içndə biri seçilir.

Əynində boz şinel, başında papaq,
Elə bil kim isə dinmək istəyir.
Danlaya-danlaya fikri içində,
Əhdindən indicə dönmək istəyir.

Bax, budur, həminki bizim qəhrəman,
Yenə də içində fəryad qoparır.
Fikirlər, duyğular aləmi onu,
Özündən uzağa-Haqqa aparır.

Səhərdən ətrafa boylanan günəş,
Ömrü gül-çiçəklə yenə bəzəyir.
Axı o neyləsin onun da ömrü,
Aldanmış sahibsiz itə bənzəyir.

Sərh yazmaq