Kənan AYDINOĞLU."Taleyin hökmü ilə"

Yazdı ATILLA, 29-01-2018, 09:00, в Edebiyyat

Kənan AYDINOĞLU."Taleyin hökmü ilə"


Ömrün yarı yolunda
Bu həyat
Qırdı qol-qanadımı.
O qədər dərd yazdı ki,
Unutdum öz adımı.

Yetmədi köməyimə,
Çatmadı diləyimə.
Nişan tutub,ox atdı,
Bu kövrək ürəyimə.

Çətinliklər görsəm də,
Nə dinib, nə danışdım.
Taleyin hökmü ilə,
Axırı ki, barışdım.

Sərh yazmaq