Kənan AYDINOĞLU."Doğum günün kutlu olsun, ƏFƏNDİM!"

Yazdı ATILLA, 3-11-2017, 08:00, в Edebiyyat

Kənan AYDINOĞLU."Doğum günün kutlu olsun, ƏFƏNDİM!"


Əfəndim Səlimə xanım Kürçaylının doğum günü 22 yaşı münasibətilə!

Ömrünün hər günü boyansın nura,
Doğum günün kutlu olsun, ƏFƏNDİM!
Səni Yaradana şükürlər olsun,
Doğum günün kutlu olsun, ƏFƏNDİM!

Çətinlik görmüsən Sən də arada,
Çatasan hər zaman arzu, murada,
Bir az da böyüdün gözəl dünyada,
Doğum günün kutlu olsun, ƏFƏNDİM!

Şerə gətirmədim incə belini,
Sevirsən ruhunla doğma elini,
Gözəlsən, yenə də hördün telini,
Doğum günün kutlu olsun, ƏFƏNDİM!

Babək, Koroğlunun nəslini gördün,
Nigarın, Həcərin əslini gördün,
Bu ömrün ən fəslini gördün,
Doğum günün kutlu olsun, ƏFƏNDİM!

Həyatın özüylə döyüşün oldu,
Sevən dostlarınla görüşün oldu,
Bu gözəl dünyaya gəlişin oldu,
Doğum günün kutlu olsun, ƏFƏNDİM!

Dərin hörmət və ehtiramla:

Kənan AYDINOĞLU,
Gündəlik Analitik İnformasiya Agentliyinin
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Bakı şəhəri.30-31 iyul 2017-ci il.

Sərh yazmaq