Avtobioqrafiya

Yazdı ATILLA, 10-03-2015, 08:16, Bioqrafiya

Avtobioqrafiya


Murquzov Kənan Aydın oğlu 1989-cu il oktyabrın 25-də Bakı şəhərində ziyalı ailəsində anadan olub.1996-cı ildə Qaradağ rayonu Müşfiqabad qəsəbəsindəki 274 saylı orta məktəbin birinci sinfinə daxil olub.Üç ildən sonra həmin məktəbin üçüncü sinfini bitirmişdir.1999-cu il yaşayış yerini dəyişdirdikləri üçün orta təhsilini Lökbatan qəsəbəsindəki 166 saylı orta məktəbdə davam etdirib.2007-ci ildə həmin məktəbi bitirmişdir.2008-2012-ci illərdə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.
Şeirləri və məqalələri Azərbaycan bələdiyyəsi, Azad Press, Cəmiyyət,Yeni Bəşər,Möhtəşəm Azərbaycan, Sumqayıt Universiteti, Yeganə yol, Sözün Sehri",Yeni Azərbaycan,Respublika gəncləri, "Elimiz, günümüz", Yenilik Press", "Vışka", Elin sözü,İlham çeşməsi,Vedibasar,"Olaylar", "Ədalət", "Kaspi", "Təzadlar", "Yeni Axtarış", "İrəvan Press", "Azad Qələm", Azad Azərbaycan, "İctimaiyyət və təhsil" qəzetlərində, "Ziyalı Ocağı", "Ulduz", "Kümbet" (TOSAYAD-ın rüblük mətbu orqanı),
Edebiyat Yaprağı, Usare dərgilərində,müxtəlif ədəbiyyat, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında çap olunub.2006-cı ildən respublika mətbuatında Kənan AYDINOĞLU imzası ilə şeirləri və məqalələri ilə çıxış edir.Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub.Tokat Şairler ve Yazarlar Derneğinin Fəxri üzvü seçilmişdir. Sumqayıt Dövlət Universitetinin elmi məqalələr toplusunda Müasir Azərbaycan dili və Ədəbiyyatı sahəsində məqalələri dərc olunub.
2007-ci ildə Adiloğlu nəşriyyatı tərəfindən Ömürdən bir səhifə adlı ilk şeirlər kitabı işıq üzü görüb.2010-cu ildə MK nəşriyyatı tərəfindənÖmrün yarı yolunda adlı ikinci şeirlər kitabı çap olunmuşdur.Hüseyn Arif Ədəbi Birliyinin üzvüdür.
2012-ci il fevral ayının 14-dən etibarən, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalına Rəhbərlik edir.
Azərbaycan Respublikasının Xalq şairi, Əməkdar İncəsənət Xadimi Nəriman Həsənzadə gənc yazar Kənan Aydınoğlunun ədəbi-bədii yaradıcılığını yüksək qiymətləndirib.
2012-ci ildə Azərbaycan Respublikası Gənclər-İdman Nazirliyi tərəfindən maliyyələşdirilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən Bölgələrdə yaşayan yaradıcı gənclərlə görüşlər layihəsi çərçivəsində Salyan və Cəlilabad səfərlərinin iştirakçısıdır.Gənc yazar olaraq Türkiyəyə dəfələrlə dəvət alıb.
Türkçülük dəftəri silsiləsindən olan şeirləri və Türkün türkçülük dastanı poeması dərc olunmaq üçün qardaş Türkiyəyə göndərilib.Yıldırım Beyazit Universitetinin dosenti dr.Salih Yılmazın təklifi ilə şeirləri Türkiyənin müxtəlif dərgilərində, o cümlədən portallarda dərc olunaraq həm azərbaycanlı, həm də türkiyəli oxuculara çatdırılıb.
2013-cü ildə Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən Dövlət gənclər siyasətinin həyata keçirilməsində göstərdiyi xidmətlərə görə diplom ilə təltif olunmuş və mükafatlandırılmışdır.Qaradağ rayonu Gənclər və İdman İdarəsinin elektron orqanının Aktiv gənclər bölməsinə tərcümyi-halı, şeirləri, məqalələri, poeması yerləşdirilmişdir.
2013-cü ilin avqust ayından-noyabr ayına qədər Azərbaycan Respublikası Kütləvi İnformasiya Vasitələrinin Yeni Axtarış həftəlik ictimai-siyasi qəzetin Mədəniyyət və Ədəbiyyat bölməsinin əməkdaşı kimi çalışıb. 2013-cü il sentyabr ayının 1-dən Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəridir.
2013-cü ilin dekabr ayının 28-də Qaradağ rayonu İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılovun 132 nömrəli sərəncamına əsasən, Qaradağ rayonunda Dölvət gənclər siyasətinin fəal iştirakına və ədəbiyyatımızın inkişafında qazandığı xidmətlərə görə "Fəxri fərman"la təltif olunmuş və mükafatlandırılmışdır.
2014-cü ilin may ayının 14-də Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı "Kümbet" eğitim, kültür, sanat ve edebiyyat dergisinin 32-ci buraxılışında Türk-İslam dünyasının qurulmasında, Osmanlı İmperiyasının ərazi bütövlüyünün qorunub saxlanmasında öz İGİDlik borclarını layiqincə yerinə yetirən Nuru Paşa, Osman Qazi, Ərtoğrul bəyin cəsarətinə, şanlı-şərəfli Türk bayrağına, Türk dilinə, İslam dininə, Qurani-Kərimə olan sonsuz məhəbbtindən yoğrularaq ərsəyə gəlməsindən bəhs edən Türkün Türkçülük dastanı poeması Azərbaycan türkcəsində Türkiyə türkcəsinə tərcümə olunmaqla, dərc olunub.
2014-cü ilin avqust ayının 4-də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Qaradağ rayon İcra Hakimiyyətinin, Qaradağ rayon Gənclər və İdman İdarəsinin, Heydər Əliyev Mərkəzinin, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə gerçəkləşən Qaradağ Rayon Gənclərinin Liderlik Bacarıqlarının və Könüllülük İnkişaf Etdirilməsi layihəsində iştirakına görə Sertifikata layiq görülüb.
2014-cü ilin sentyabr ayının 16-da Adana şəhərində fəaliyyət göstərən "Son nokta" qəzetində Türk dünyasının ictimai-siyasi xadimi, Çağdaş Türkiyə Cümhuriyyətinin yaradıcısı və qurucusu Mustafa Kamal Atatürkdən bəhs edən şeiri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunmaqla dərc olunub.
2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilən və həyata keçirilən "Vətən sevgisi sərhəddən başlamır, sərhəddə bitmir" layihəsi çərçivəsində işıq üzü görən "Bitməz könlümüzün Vətən sevgisi" antologiyasında şeiri dərc olunaraq ictimaiyyətin nəzərinə çatdırılıb.Həmin layihədə fəal iştirakına görə Sertifikata layiq görülüb. dle 10.3

Sərh yazmaq
  1. 16 мая 2015 18:33
    Sitat

    Je te remercie.Effectivement, outre la diecriptson simplifie9e des diffe9rentes formes d entreprises, l ide9e de l article se trouvait dans cette phrase. Trop de personnes veulent absolument cre9er tel ou tel type d entreprise avant meame de savoir si c est ce qu il leur faut. On se rend compte bien souvent que beaucoup d entrepreneurs veulent se lancer dans l aventure avec trop peu d informations en main.