Rahilə DÖVRAN."Yüksəlsin adın"

Yazdı ATILLA, 3-01-2016, 10:00, Haqqinda deyilenler

Rahilə DÖVRAN."Yüksəlsin adın"


Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
"Qızıl qələm" media mükafatı laureatı,

İstedadli qələm sahibi, görkəmli jurnalist, şair-publisist-Kənan Aydınoğluna Yeni il hədiyyəsi

Nə vaxtdı ürəkdən, qəlbdən keçirdi,
Səninçün qardaşım, bir şeir yazım.
Qismət bu günəymiş, təbb izin verdi,
Çağladı ilhamım, coşdu avazım.

Bilmədim əziz dost,nədən başlayım?
Haradan başlayım, harda qurtarım?
Necə tərif edim,ya alqışlayım?
Ram oldu qələmə tam ixtiyarım.

Əqidən, əməlin hamıya bəlli,
Bir anın keçməyib yurdsuz, vətənsiz.
Özü düz, sözü düz, saleh əməlli,
Çox şey itirərdik, olsaydıq sənsiz.

Qələmindən axan dürlər, incilər,
Olub könüllərin bəzəyi, zəri.
Zər qədrin əziz dost,zərgərlər bilər,
Iti qələminin yoxdur bənzəri.

Bütün yazdıqların dillər əzbəri,
Yeddidən- yetmişə, künül həmdəmin.
Hikmət sərrafısan, illərdən bəri,
Ümmanlar fəth edir poetik gəmin.

Ədəbi aləmin mətin dərvişi,
Geydin dəmir çarıq, dəmirdən əsa.
Sevmədin bitməmiş, yarımçıq işi,
Tutduğun yolundan, dönmədin əsla.

İllərlə dinlədin qəlbinin səsin,
Könülsüz bir cümlə, kəlmə yazmadın.
Bu xalqa sən yetir zəfər müjdəsin,
Parlasın Portalın, yüksəlsin adın.

O1.01.2016-cı il.Naxçıvan Muxtar Respublikası. dle 10.3

Sərh yazmaq