Hikmət MƏLİKZADƏ."Ömrün payız sehri" (Məqalə)

Yazdı ATILLA, 11-11-2014, 09:52, в Haqqinda deyilenler

Hikmət MƏLİKZADƏ."Ömrün payız sehri" (Məqalə)


Azərbaycan Yazıçılar və Jurnalsitlər Birliklərinin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü.

Bizə elə gəlir ki, tale izharları yaradıcı şəxs üçün həyat qayəsidir; çünki zamanın əks etdirdiyi həqiqətlər bu tipiklikdə real qiymətini alır. Buna görə həyata bağlılıq insan düşüncəsində əsas yerlərdən birini tutur. Zənnimizcə, şeirlərinin hamısında vətən, yurd sevgisi sərgiləyən, oxucularına bütün fəsillərdə payız sehri əta edən gənc şair Kənan Aydınoğlunun yaradıcılığında da əsas qayəçi ruh həyat və tale məsələlərinə sirayətetmə ilə təzahür edir. Bu zəruri faktı onun 2010-cu ildə Aida Rəhimovanın redaktorluğu ilə "MK" nəşriyyatı tərəfindən buraxılmış "Ömrün yarı yolunda" şeirlər kitabında da dəqiq müşahidə etmək mümkündür. Səmimi deyək ki, kitabda öz ənənəçilik ruhu ilə diqqət çəkən təbiət gözəllikləri, vətən, torpaq məhəbbəti, haqqı dərketmə, sevgi ahəngi və s. də məhz həyat-tale fonunda oxucuya çatır. İlk əvvəl deyək ki, kitabdakı şeirlər müxtəlif janrda - qoşma, gəraylı, bayatı, təcnis, rübai, qəzəl və ithaflar fonunda təzahür edir və janrlararası səsləşmələr, fikirdaxili ümumiləşmələr və s. kitabın bədii məziyyətlləri barədə dəqiq fikir ifadə etməyə əsas verir.
"Ömrün yarı yolunda" şeirlər kitabında duyğu əsas göstəricidir. Bu kodeks kitaba daxil edilmiş janrları bütünlükdə əhatə edir. Yaradıcılıq qayəsi vətən məhəbbəti olan gənc şair istər qoşmalarında, istər gəraylılarında, istərsə də digər janrlı şeirlərində bu prosesi mövzudaxili poetikliyə cəlb edir, oxucuya xoş anlar yaşadır, bədii fikir ətrafında müasir yanaşmalara diqqət çəkməklə əsas məğzi lirik ovqatlara bükür.

...Erkənmi sevginin dadını duydum,
Öyrənə bilibsən üzümdən mənim?!

***

Sənin qoynuna gəlmişəm,
Sən könlümü al, a dağlar...
Belə düşünək ki, xoşovqat ya

naşma Kənan Aydınoğlunun yaradıcılıq cəhdləridir. Bu cəhdlər oxucunu bir az duyğu selinə batırırsa, bir az da giley-güzara tuş edir. Onun əksər şeirində oxucu həm ruha rahatlıq bəxş edən sakitlik görür, həm də qəlbə acı qədər sirayət edən rahatsızlıq da aşkarlayır. Bu müxtəliflik şairin bədii dərkində məsuliyyət yükü kimi diqqət çəkir, eyni zamanda oxucu bu zəruri yanaşmada bir həyat elementi axtarır. Bu axtarış onu mübarizliyə səsləyir, onda sabaha inamı artırır. Bu kimi təsiretmələr şübhəsiz, gənc şairin yaradıcılıq uğurudur.
Kitabın əsas süjet xətti, yuxarıda dediyimiz kimi, torpaq, el-oba, ümumi fonda vətən-insan sevgisidir. Müəllifin isə bu yaşda öz oxucusuna bu tərz sevgi aşılaması açığı, bizdə təəccüb doğurur; əslində onun ictimai dərketməsində bir nizamlanma var və bu, onun bir qədər uzağa baxa bilməsinə zəmin yaradır. Eyni zamanda bütün cəhdlərində intizamlı olması sanki gənc şairin üzərinə yük kimi düşüb. Onun kitab boyu öyüd-nəsihət xarakterli, torpağa sevgiartırma qayəli fikirlər ifadə etməsi həyat-cəmiyyət yanaşmasından doğur.

Durub baxdıqca dövrana,
Səndən çıxmır başım, dağlar...

***

Zamanın atdığı ox dəydi mənə...

***

Dumantək dağlara çəkiləm gərək...

Kitab boyu bu cür diqqət çəkən yanaşmalara çox rast gəlirik. Müəllif bu tip deyimləri ilə yaddaşının dərin qatlarında çırpınan həyat qayəsini oxucu marağı ilə tarazlaşdırır, həyatı tale çək-çevirməsi üçün bir növ geniş meydan hesab edir. Bu genişliyin özündə bir ictimailik əks olunur. Bəlkə də elə oxucunu bu vacib kodekslə üz-üzə qoyan bu ədəbi hissetmələrdir.
Kitabda ağrı-acı ilə təzahür edən fikirlər də çoxdur. Bu da müəllifin yurd ağrılarından, torpaq yanğısından şaxələnir. Ayrıca, onun özündə ürək ağrısı ifadə edən şeirlərində oxucu bir mübarizlik də görür.

Təzələnsin yaddaşım,
Qoy ağlasın dağ-daşım.
Tarixi həqiqətdən
ibrət alsın qardaşım -
Xocalım, ay Xocalım...

***

...Qorxma, mərd ol,
çəkinmə sən.
...üsyan elə, Azərbaycan!

Ağrı-acıdan mübarizliyə, sadə hissdən zəruri yurd sevgisinə cığır açmaq Kənanın yaradıcılıq meylləridir. Bu meyllər oxucu diqqətini üç vacib məqama çəkir: həyata baxış, gerçəkliyə inanma və hissi qavramalara əsaslanma. Bu kodeksləri "Ömrün yarı yolunda" kitabının oxucu-şair yanaşmalarına bədii keçid kimi də qəbul etmək olar. Birincisi, ona görə ki, müəllif dediyimiz kimi, yaşının gənc çağındadır, ancaq əxz etdikləri real zəminə əsaslanır; ikincisi, ona görə ki, kitabda yer almış şeirlərin əksərinin obraz və şəkilləri poetik quruluşludur və özündə mürəkkəb həyati məziyyətlər ifadə edir.
Maraqlıdır ki, Kənan Aydınoğlu qoşma xüsusiyyətində təzahür edən ədəbi məziyyətləri gəraylı tipində də xarakterizə edə bilir. Adıçəkilən kitabda yer almış gəraylıların çoxunda bu proses dəqiq ünvanını göstərir.
Kənan kitab boyu səmimi hisslər yaşadan şeirləri ilə poetik-ictimai məğzli fikirlər ifadə edir, oxucusunu real hissi münasibətlərə kökləyir və ünsiyyəti insanlıq dərki kimi verir. Bu fikri-zəmində o, həm də bir həyat qaynarlığı göstərir. Gənc şair təxminən 270 səhifəlik ikinci kitabında həm də dediyimiz kimi, həyat-tale məsələlərini qabardır, uyğun fikirlər ifadə edir və xoş ovqata meyli artırır. Bu yanaşma kitab boyu oxucuda nikbinliyə keçidi təmin edir.

Qapımı döyür yenə
hicran, həsrət, ayrılıq.
Gəl, aç qapını!...

***

Ömrümün günləri bir qatar kimi
gəlib bir anlığa gözümdən keçir...

***

...Bethovenin nəğməsini
eşitmək istəmirəm,
ondansa Şopeni çağırın,
gəlib otursun
piano arxasında...

Çox diqqət çəkən haldır ki, "Ömrün yarı yolunda" kitabı Kənanın həyat-tale hesabatı kimi təsir bağışlayır. Bəlkə də müəllif bunu dərk etdiyindən kitaba uyğun ad qoyub. Doğrudan da, kitabdakı şeirlərin çoxu janrından asılı olmayaraq özündə bir haqq-hesab çək-çeviri yaradır. Bu da müəllifin yaşam dünyasından, hadisələrə dəqiq baxışlarından və müqayisələri düzgün apara bilmək bacarığından qaynaqlanır.
Bilirik ki, həyatın qaynar çağları insan fikrinin ən dəqiq anları üçün şərait yaradır. Bədii fikir çox vaxt məhz bu anlarda formalaşa bilir. Bu zəminyaratma həm də bədii fikrə fəlsəfi yanaşma verir. Heç şübhəsiz, gənc şair Kənanın yeni kitabı da bu zəminə əsaslanır. Və ən vacibi, kitabda əsas arqument yaddaş tərpənmələridir; müəllif burada reallığa varid olmağın yolunu ictimai uyarlıqla xarakterizə edir, insanı qeyri-yanaşma girdabından çıxarır. Bu kitab oxucunu daha çox mübariz insan olmağa, kamilləşməyə, müdrikləşməyə təhrik edir. Əbəs yerə deyil ki, müəllif özü də kitab boyu (şeirlərinin çoxunda) insanı ictimai varlıq qayəsində kamil özünüdərk kimi xarakterizə edir.
Kitabda rəğbətqazanma, mübahisələrdə qalibgəlmə, düşmən qazanmaqdan qaçma və s. kimi həyat zərurətləri barədə də fikirlər yer alır. Müəllif bu yanaşmada həyatın yaşam sirrinə diqqət çəkir və bu əhatədə bir test-yanaşma aparır. Bu təcrübədə uğur qazanan fərd həyatın qayəcə dürüstolmada məqbulluğuna əmin olur.
Kitabın əsas ictimai məğzlərindən biri fərdi münasibətlərdir. Müəllif bu zərurəti bir az da fəlsəfi həyat keçidləri ilə rəngləyib. Həmçinin, bu sırada işgüzar adam olmağın səbəbləri, işgüzarlıq psixologiyasının bəzi sirləri də gerçək təqdimetmələrlə diqqətə çatdırılır.
Kitabla bağlı daha geniş təhlil işi aparmaq olardı. Təəssüf ki, bir yazı miqyasında bunu etmək mümkün deyil. O səbəbdən, yəqin ki, gənc həmkarımız bizi başa düşər.
Əminik ki, gənc şairin "Ömrün yarı yolunda" kitabının ictimai həyatımızda öz yeri olacaq.

Sərh yazmaq
  1. 26 dekabr 2016 10:03
    Sitat

    The one I introduce to Tom Ford at dinner
    -----

    dumps

    We're twin flames lighting up the sky
    -----

    cvv store

    From henceforth I shall rot in a stinking bed of wet straw
    -----

    credit card dumps

    After centuries of living with nothing but my convictions
    -----

    dumps pw

    Программным методом вашей компьютер не вылечить
    -----

    программу

    Чего только не понапишут...
    -----

    Юг видео

  2. 30 yanvar 2017 22:56
    Sitat

    Acheter Propecia http://propecia.e-monsite.com/ en ligne

  3. 6 iyul 2019 13:56
    Sitat

    I am so happy to read this. This is the kind of manual that needs to be given and not the random misinformation that's at the other blogs. Our service is included ШЁЩ„ЫЊШ· Щ„Ш­ШёЩ‡ ШўШ®Ш±ЫЊ Ъ†Ш§Ш±ШЄШ± and Ъ©Ш§Щ†Ш§Щ„ ШЁЩ„ЫЊШ· Ш§Ш±ШІШ§Щ† Щ‡Щ€Ш§ЩѕЫЊЩ…Ш§ & ШЁЩ„ЫЊШ· Щ‡Щ€Ш§ЩѕЫЊЩ…Ш§ Щ…Ш§Щ‡Ш§Щ†

    I am so happy to read this. This is the kind of manual that needs to be given and not the random misinformation that's at the other blogs. Our service is included Ъ©Ш§Щ†Ш§Щ„ ШЁЩ„ЫЊШ· Ш§Ш±ШІШ§Щ† Щ‡Щ€Ш§ЩѕЫЊЩ…Ш§
    and ШЁЩ„ЫЊШ· Щ„Ш­ШёЩ‡ ШўШ®Ш±ЫЊ Ъ†Ш§Ш±ШЄШ± Please visit our site.

  4. 7 iyul 2019 00:25
    Sitat

    Thank you for sharing this post with us. ШўШЄЩ„ЫЊЩ‡ Ъ©Щ€ШЇЪ© Keep your working here.

    Thank you for sharing this post with us ШґШ±Ъ©ШЄ ШЄШЁЩ„ЫЊШєШ§ШЄЫЊ and ШіШ§Ш®ШЄ ШЄЫЊШІШ± Keep your working here.

    Thank you for sharing this post with us Ъ©ЩЃЩѕЩ€Шґ ЩѕЩ„ЫЊ ЫЊЩ€Ш±ШЄШ§Щ† and Ш±Щ†ЪЇ ШўЪ©Ш±ЫЊЩ„ЫЊЪ© please visit us.

    Good Post! Thank you so much for sharing this pretty post, it was so good to read and very useful Ш·Ш±Ш§Ш­ЫЊ Щ€ЫЊЩ„Ш§ Pretty nice post.

    Thank you for sharing this post with us ЩЃШ±Шґ Щ†ЪЇЫЊЩ† Щ…ШґЩ‡ШЇ and ЩЃШ±Шґ Щ…ШґЩ‡ШЇ Ш§Ш±ШЇЩ‡Ш§Щ„ please visit us.

    Thank you for sharing this post with usШ®ШЇЩ…Ш§ШЄ Щ…Ш§Щ„ЫЊ and Ш®ШЇЩ…Ш§ШЄ Щ…Ш§Щ„ЫЊШ§ШЄЫЊ please visit us.

    Thank you for sharing this post with usШЇЪ©Щ€Ш±Ш§ШіЫЊЩ€Щ† Щ…Щ†ШІЩ„ and ШЇЪ©Щ€Ш±Ш§ШіЫЊЩ€Щ† ШЇШ§Ш®Щ„ЫЊ ЩѕШ°ЫЊШ±Ш§ЫЊЫЊ please visit us.