Kənan AYDINOĞLU.Gənc şair dostum Orxan ZAMAN haqqında bir neçə söz

Yazdı ATILLA, 5-09-2020, 10:00, Publisistika

Kənan AYDINOĞLU.Gənc şair dostum Orxan ZAMAN haqqında bir neçə söz


Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.


Orxan Zaman-Müasir Azaərbaycan ədəbi mühitində cərəyan edən hadisələrə öz münasibətini, duyğu və hisslərini obrazlı şəkildə bildirən gənc qələm sahiblərindən biri. Vaxtı və zamanı düzgün qiymətləndirməyi bacaran və nəticə çıxaran müasir ruhda şeirlər yazan gənc müəllif.
Dövrün sosial hadisələrinə biganə qalmayan və bir göz qırpımında dünyanı bütövlükdə dərk etmək istəyən həqiqi mənada uydurmaçılıqdan uzaq olan gənc şair.
Sərbəst üslubda yazdığı şeirlərində obrazlılıq yüksək səviyyəyə çatır. Məhz sadalanan bu keyfiyət onunla oxucu arasında bünövrəsi möhkəm qurulumuş körpünü xatırladır. Bu körpü isə ədəbi-bədii nümunələrin döyünməkdə olan, çırpınmaqda olan gənc şairin özünü-şeirlərini dinləməyə məcbur edir.
Poeziya nümunələrində çox nadir hallarda rast gəlinən heca vəznli şeirlərində is, xüsusilə “Gözlədim”, “Olsun” rədifli qoşmalarında bu ruh özünü qabarıq şəkildə biruzə verir.
Uzunmüddətli yaradıclıq axtarışının nəticəsidir ki, on səkkiz yaşı tamam olmasına iki gün qalmış “Sevgi sonatası” adlı ilk şeirlər kitabı çap olundu. Bu artıq onun uğurlarından xəbər verir.
XXI əsr poeziyamızda bu günə qədər işlənməyən detalları və süjetləri gətirir. Məhz bu keyfiyət onun yaradıcılığının ədəbi-ideya istiqamətinin doğru müəyyən olunduğunu göstərən faktlardan biridir.

14 aprel 2010-cu il. Bakı şəhəri. dle 10.3

Sərh yazmaq