Gənc yazar Kənan Aydınoğlu “Kümbet” dərgisinin Azərbaycan təmsilçisi seçilib

Yazdı ATILLA, 2-11-2015, 10:00, в Xeberler



Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) Başkanı Sayın Remzi Zenginin qərarı ilə, yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibi, Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin xüsusi müxbiri, gənc yazar Kənan Aydınoğlu TOSAYAD rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyyat dergisinin Azərbaycan təmsilçisi seçilib.
Qeyd edək ki, bundan öncə yeni nəsil Azərbaycan gəncliyinin nümayəndələri, istedadlı qələm sahibləri, gənc xanım yazarlar Gülnarə İsrafilqızının, Fidan Abbasovanın şeirləri, Şəhla Ramazanqızının hekayəsi “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin yeni saylarında ardıcıl olaraq, dərc olunub və ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılıb.

Mətbuat xidməti

Sərh yazmaq