Gənc yazar Kənan Aydınoğlunun şeiri "Kümbet" dərgisində çap olunub

Yazdı ATILLA, 24-05-2015, 21:05, в Xeberler



Yeni nəsil Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin üzvü, gənc yazar Kənan Aydınoğlunun şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı "Kümbet"
eğitim, kültür, sanat ve edebiyat dergisinin yeni 36-cı sayında dərc olunaraq ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılıb.
Qeyd edək ki, bundan öncə "Kümbet" dərgisinin 29, 30 və 32-ci saylarında Gündəlik İnformasiya Agentliyinin təsisçisi, gənc proqramçı Kamran Murquzovun tərcüməsində-Türkiyə türkcəsində "Türkçülük şeirləri" silsiləsindən olan şeirləri və "Türkün Türkçülük Dastanı" poeması işıq üzü görmüşdü.

Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidməti

Sərh yazmaq