Gənc yazar Kənan Aydınoğlunun şeiri “Usare” dərgisində çap olunub

Yazdı Delphi7, 2-06-2017, 10:00, Xeberler

http://edebiyyat-az.com/wp-content/uploads/2017/06/usare-13-site.png


Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı təşkilatçılığı həyata ilə keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsi çərçivəsində Qardaş Türkiyə Cümhuriyyətinin Kahramanmaraş şəhərində fəaliyyət göstərən “Usare” iki aylık kültür sanat edebiyat dərgisinin 13-cü sayında Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-jurnalist Kənan Aydınoğlunun “Ağla, şairim, ağla!” şeiri Azərbaycan türkcəsində çap olunub.
Qeyd edək ki, gənc nəslin nümayəndəsi Kənan Aydınoğlunun bundan öncə də “Türkün Türkçülük Dastanı” poeması və “Türkçülük silsiləsi”dən, xüsusilə də Ustad şair Yunus Əmrənin ulu ruhuna sevgi və sayqılarla ünvanlanan şeirləri Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşkilatı dəstəyi ilə həyata keçirilən layihələr çərçivəsində Qardaş Türkiyə Cümhuriyyətindəki “Kümbet” (Tokat şəhəri), “Usare” (Kahramanmaraş şəhəri), “Yeni Edebiyat Yaprağı” ( Kahramanmaraş şəhəri), “Kardelen” (Bilecik şəhəri) dərgilərində və “Son nokta” (Adana şəhəri) qəzetində çap olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılmışdı.

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti dle 10.3

Sərh yazmaq