Kənan AYDINOĞLU."Gəl ki, sarayına sənin hüsnünlə"

Yazdı ATILLA, 1-10-2016, 08:00, в Edebiyyat

Kənan AYDINOĞLU."Gəl ki, sarayına sənin hüsnünlə"


Səhərdən-axşama səninçün, gülüm,
Şeir sarayını qururam yenə.
Sənin xəbərini özgədən alıb,
Hər gecə dünyanı yoruram yenə.

Sel kimi həsrətdən axan göz yaşım,
Arazdan süzülüb Kürə qarışır.
Dastana çevrilən yeni dərdimi,
Özümdən xəbərsiz dağlar danışır.

Bir də ki qurduğum həmin o saray,
İllər həsrətindən xəstə qalıbdı.
Elə bil səsini eşitməyəndən,
Başımın üstünü qılınc alıbdı,

Gəl ki, sarayına sənin hüsnünlə,
Sarayın hər daşı nura boyansın.
Dağılsın gözümdən həsrət, ayrılıq,
Sübh çağı gözümdə sevinc dayansın.

Gəl ki, bu ömrümün şəfəq çırağı,
Səninlə alışsın, səninlə yansın.
Şerimin misrası bir aşiq kimi,
Müdam bu yollarda səni də ansın

Sərh yazmaq