Kənan AYDINOĞLU."Qadınsız bu ömrün nə mənası var?!"

Yazdı ATILLA, 15-08-2016, 08:00, в Edebiyyat

Kənan AYDINOĞLU."Qadınsız bu ömrün nə mənası var?!"


( Xalam Emma Süleymanovaya)

Qadınsız bir ömrün olma mənası,
odur hər kişinin könül dünyası.
Müəllif

Sevib, sevilənlər görüşən zaman,
dünyanın işi də bir yana qalsın.
Saxlaya bilməsə sevgilərini,
qadın da, kişi də bir yana qalsın

Qadının nəfəsi duyulsa hər an,
bu dünya qayğıya bürünsün bir az.
Tapsa bir-birini iki sevən qəlb,
bu həyat mənalı görünsün bir az.

Titrəsin bədəni gözəlliyindən,
hər kişi qadına kaş dünyam desin.
Övlad da qurürla, hər an, ilahi,
Qadına-dünyaya bir anam desin.

Ələnsə qadının gözlərinə qəm,
bir kişi o gözdə qəm görə bilməz.
Bir qadın ömrünün sevinc payını,
inan ki, yarıya o bölə bilməz.

Yaşasa ömrünü qadınla birgə,
bu ömür yolunu haqlaya bilməz.
Bir evi qadınsız kişilər, inan,
xətərdən qoruyub,
saxlaya bilməz.

Sərh yazmaq