Kənan AYDINOĞLU."Azadlıq eşqiylə döyüşən millət"

Yazdı ATILLA, 26-05-2021, 03:00, Edebiyyat

Kənan AYDINOĞLU."Azadlıq eşqiylə döyüşən millət"


Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü

İkinci Qarabağ savaşında döyüşən Rəşadətli Azərbaycan
Milli Ordusunun hərbi qulluqçusu Emin qardaşım üçün

Qarabağ sabaşı bir tarix imiş,
Hər günü dünyada öyrəniləcək!
Koroğlu, Babəkdən və Cavanşirdən,
Gələcək nəslə də söyləniləcək!

Azadlıq eşqiylə döyüşən millət,
Sonunda qələbə qazanmalıymış!
Bu da bir taleyin töhfəsi oldu,-
Yollar uzandıqca uzanmalıymış!

Sənin qəzəbinlə Sənin nifrətin,
Yağıya ən odlu silahın oldu!
Ölüm pəncəsindən Səni qoparan,
Rəhman, Rəhim olan ALLAHın oldu!

Dünyanın ən gözəl şəhəri ŞUŞA,
Qanlı döyüşlərə olubdu şahid!
Vahid AZƏRBAYCAN bölünməz imiş,-
Millət yumruq təki olduqca vahid!

Dəyişməz amal da, tökülən qan da,
Unutma, əbədi yaddaşda qalar!
Haqqın-ədalətin zəfəri, qardaş,
Yaralı əsgərin könlünü alar!

Bakı şəhəri. 26 may 2021-ci il. dle 10.3

Sərh yazmaq