Kənan AYDINOĞLU."Əməlin dünyada ALLAH eşqinə!"

Yazdı ATILLA, 26-05-2021, 02:00, в Edebiyyat

Kənan AYDINOĞLU."Əməlin dünyada ALLAH eşqinə!"


Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü

“PRİME BROKER AND LOGİSTİCS” MMC-nin əməkaşı,
dostum, dəyərli qardaşım Sənan üçün


Əməlin dünyada ALLAH eşqinə,
Ömür yollarında yar olasan Sən!
Təmizdi əzəldən niyyətin Sənin,
Bu dünya durduqca var olasan Sən!

Sənintək qardaşı, Sənintək dostu,
Bu həyat bu səfər gətirən deyil!
Cənnəti qazandın öz əməlinlə,
Sevənlər Haqqını itirən deyilən!

Bəndə sınandıqca həyatı boyu,
Doğru söz təmiz bir diləkdən gələr!
Əl tutmaq dar gündə-Mömin niyyəti,-
Bulaqtək durulan ürəkdən gələr!

*Müqəddəs torpağın hər qarışını,
Gəzib dolaşdıqca qalacaq izin!
Nə qədər təpər var qəlbində bu gün,
Büdrəməz qolların, büdrəməz dizin!

Haqqı sevənlərin gözündə atəş,-
Taleyin gözəlmiş öz baxtın kimi!
Bu qərib dünyada bilirsən yenə,
Yaşanan hər anı öz vaxtın kimi!

Bakı şəhəri. 26 may 2021-ci il.

*Müqəddəs Vətənimiz AZƏRBAYCAN nəzərdə tutulur

Sərh yazmaq