Kənan AYDINOĞLU."Yaman yordum Səni qoca dünyada"

Yazdı ATILLA, 26-05-2021, 01:00, в Edebiyyat

Kənan AYDINOĞLU."Yaman yordum Səni qoca dünyada"


Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü

“PRİME BROKER AND LOGİSTİCS” MMC-nin əməkdaşı,
dostum, dəyərli qardaşım, balaca mələk Ömürün atası Səbuhi üçün


Məni düşündürür insan və zaman,
Dünyanı çərxini dəyişən gördüm.
Bəzən bəndələri meydanda belə,
Yenə taleyiylə döyüşən gördüm.

Əlimdən, qolumdan tutanım da yox,
Körpəyəm, körpətək ağlamağım var!
Ən gözəl hiss imiş sevgi dünyada,
Könlümü dostlara bağlamağım var!

Sevənlər gözəldi ALLAH qorusun,
Alışdım, bir kərə sönmək istəməm!
Sözüm söz olduqca qərib dünyada,
Mənim öz ilqarımdan dönmək istəməm!

Doğma Ağstafadan GƏDƏBƏYƏCƏN,
Bir gün başlancaq səfərim mənim!
Müqəddəs qələmdən süzülüb gələn,
Hər şeir, hər misra-əsərim mənim!

Sirri açılmayan tufan qopacaq,
Qarışıq düşdüsə, açılmaz düyün.
Yaman yordum Səni qoca dünyada,
Gərək ki, keçəsən suçumdan bu gün.

Bakı şəhəri. 26 may 2021-ci il.

Sərh yazmaq