Kənan AYDINOĞLU.”Şair qardaş, həncərisən, həncəri?!” (I şeir)

Yazdı ATILLA, 21-03-2021, 09:00, Edebiyyat

Kənan AYDINOĞLU.”Şair qardaş, həncərisən, həncəri?!” (I şeir)


Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

Əzizimiz gözəl şair Zaməddin Ziyadoğlunun “Həncərisən?” şeirinə nəzirə

Sığınıb Allahın dərgahına sən,
Çağırma köməyə Sultan Səncəri.
Müqəddəs torpaqdan qayıdan zaman,
Çıxart sən belindən iti xəncəri,
Şair qardaş, həncərisən, həncəri?!

Qiyamət qopacaq, qiyamət, Hacı,
Düşəndə torpağa alnının təri.
Kəsərli şerinlə qəlbə yol tapan,
Kitabdan arada sən göndər bəri,
Şair qardaş, həncərisən, həncəri?!

Bakı şəhəri. 14 fevral 2010-cu il. dle 10.3

Sərh yazmaq