Kənan AYDINOĞLU."Sən gözəl bu ömrü yaşa, Amalya!"

Yazdı ATILLA, 3-07-2020, 06:00, Edebiyyat

Kənan AYDINOĞLU."Sən gözəl bu ömrü yaşa, Amalya!"



Bacım Amalya xanım Kərimovanın doğum günü münasibətilə!!!

Ömür-gün yoldaşı olmaq hər kəsə,
Bəlkə, dünyada olmayır qismət.
Yanılıb söyləmə gördüyün qızda,
Var imiş bu gün də namus və ismət.

Fəsillər içində söylə varmı heç,
Körpətək sevincli doğma yay kimi?!
Dünyaya gəldiyin ən gözəl gündə,-
Günəş də doğacaq bu gün ay kimi.

Deyirlər, aşiqlər öz yarın bir gün,
Buta veriləndə görər röyada.
Vaqif qardaşımın ömür yolunda,
Nur saçsın gözün də gözəl dünyada.

Qadının könlünü almamaq axı,
Dünyada ən böyük cinayət imiş.
Taleyin hökmündən narazı olmaq,-
Mənim nəzərimdə qəbahət imiş.

Çalış, düşməyəsən elin gözündən,
El, oba bəndəni qınağa çəkir.
Hədisi-Şərif də bunu söyləyir:
“Allah sevdiyini sınağa çəkir”.*

Çətindən çəkinmə, qorxa həyatdan,
Hər işdə yenə də sığın Allaha.
Qadın doğulubsan, Ana olasan,
Keçmişlə yaşama, can at sabaha.

Qışı da yay kimi keçəcək sərin,
Bu ömrə bir zaman əsəcək rüzgar.
Nəsihətsayağı misralar Sənə,
Kənan qardaşından qalsın yadigar.

Geriyə baxanda, utanma heç vaxt,
Səmimi gülüşün, incə qəlbin var.
Ömür başlayıbsa, bitəcək bir gün,
Yaradan tək Allah olsun Sənə yar.

Səni sevənlərin unutma müdam,
Gözündə eşq olsun, sözündə hikmət.
Mən dostlar itirdim qərib dünyada,
Sənsə dostlarını itirmə fəqət.

Körpələr aləmi, dostluq çağı da,
Ömür yollarında xatirə olsun.
Analıq hissini yaşa dünyada,
Sevincdən Sənin də gözlərin dolsun.

Qadın əmanəti, ey nurlu qadın,
Azadlıq carcısı yaşa və yarat.
Könlünlə bağlan gəl gözəl həyata,
Görəssən sevəcək Səni də həyat.

Nigar qeyrətlisən, Həcər hünərli,
Bu ömrü vurassan başa, Amalya!
Dağdan da ağırdı hər sözün Sənin,
Sən gözəl bu ömrü yaşa, Amalya!

*Peyğəmbər Əfəndimiz Həzrət Muhəmməd Mustafa (səllallahu əleyhi və alihi və səlləm) “Allah sevdiyi bəndəsini çətinliyə salar ki, onun arzularını eşitsin” hədisinə işarədir.

Dərin hörmət və ehtiramla,

Kənan AYDINOĞLU,
Gündəlik Analitik İnformasiya Agentliyinin
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.
Bakı şəhəri. 2 iyul 2019-cu il dle 10.3

Sərh yazmaq