Kənan AYDINOĞLU.”Bağışlayıb, suçumu gəl”

Yazdı ATILLA, 5-02-2020, 09:00, в Edebiyyat

Kənan AYDINOĞLU.”Bağışlayıb, suçumu gəl”


Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.


Şair dostumuz Əziz Musaya.

Şairsən, kövrək şairsən,
Bağışlayıb, suçumu gəl.
Könlünün sözünü dinlə,
Bağışlayıb, suçumu gəl.

Yasamaldan və Bayıldan,
Nəbidən, Qaçaq Mayıldan,
Qubadlıdan, Cəbrayıldan,
Bağışlayıb, suçumu gəl.

Şairə atılmaz ki, ox
Möminin qəlbi, gözü tox,
Bu dünyaya etibar yox,
Bağışlayıb, suçumu gəl.

Xoş diləyi, niyyəti sev,
Möhnəti və zilləti sev,
Düşmə dara, milləti sev,
Bağışlayıb, suçumu gəl.

Fikrim dumanda, çəndədi,
Yoğrulan yenə kündədi,
Ustad, dəyişən bəndədi,
Bağışlayıb, suçumu gəl.

Bakı şəhəri. 24 dekabr 2019-cu il.

Sərh yazmaq